Ərdoğan Paşinyanla Türkiyə və Ermənistanda görüşmək barədə razılığa gəldi

17:55 - 14 Oktyabr 2022

Ərdoğan Paşinyanla Türkiyə və Ermənistanda görüşmək barədə razılığa gəldi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə və Ermənistanda ölkələri arasında münasibətlərin normallaşdırılması üçün görüşlər keçirmək barədə razılığa gəliblər.

 

Manset.az xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu mövzuda görüşlərdən dördü üçüncü ölkələrdə keçirilib.

“Praqada cənab prezidentimizin Paşinyanla görüşündə Türkiyə və Ermənistan ərazilərində görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə olundu”, - deyə Çavuşoğlu bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az