Böyük Britaniyanın maliyyə naziri vəzifəsindən uzaqlaşdırılan Kvasi Kvartenqin yerinə Ceremi Hant təyin edilib.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Britaniya Baş nazirinin ofisindən bildirilib.
Beləliklə, Ceremi Hant bir il ərzində Böyük Britaniyada vəzifəyə başlayan dördüncü maliyyə naziri olub.
Qeyd edək ki, Hant əvvəlki hökumətlərdə xarici işlər naziri, səhiyyə naziri və mədəniyyət naziri vəzifələrində çalışıb.