NATO-nun baş katibi Yens Stoltenberq Litva Prezidenti Gitanes Nauseda ilə hərbi alyasın növbəti sammitinə hazırlıqla bağlı telefon danışığı aparıb.
Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Y.Stoltenberq tviterdə yazıb.
“Litva Prezidenti ilə gələn il Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıqla bağlı səmərəli söhbət apardıq”, - o, qeyd edib.
Bundan başqa, tərəflər Rusiya ilə müharibədə Ukraynaya dəstəyin göstərilməsinin vacibliyini müzakirə edib və Belarusun bu qeyri-qanuni münaqişədə iştirakından narahatlığını ifadə ediblər.