Putin Ərdoğana başsağlığı verdi

13:18 - 15 Oktyabr 2022

Putin Ərdoğana başsağlığı verdi

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin Bartın əyalətində baş verən faciə ilə əlaqədar prezident Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Bartın əyalətindəki kömür mədənində baş vermiş qəzanın faciəvi nəticələri ilə əlaqədar dərin hüznlə başsağlığımı qəbul edin. Həlak olan şaxtaçıların ailələrinə və yaxınlarına səmimi başsağlığı və dəstək sözlərimi çatdırın”, - deyə Kremlin məlumatında qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az