Yunanıstan Türkiyəyə yardım təklif etdi

13:33 - 15 Oktyabr 2022

Yunanıstan Türkiyəyə yardım təklif etdi

Yunanıstan Türkiyəyə Bartın şəhərində kömür mədənində baş verən partlayışla bağlı öz yardımını təklif edib.

 

Manset.az xəbər verir ki, bu barədə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis öz rəsmi tviter hesabında paylaşım edib. 

“Türkiyənin Bartın vilayətində baş verən dəhşətli partlayış və insan tələfatı barədə xəbərlər məni kədərləndirdi. Yunanıstan sağ qalanların axtarışına kömək etmək üçün dərhal yardım göndərməyə hazırdır”, - deyə Baş nazir qeyd edib. 

Xatırladaq ki, dünən Bartında axşam saatlarında baş verən hadisə nəticəsində 40 nəfər həlak olub. Xilas edilən 58 mədənçinin 11-nin isə xəstəxanalarda müalicəsi davam edir.

 

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az