Qadını ərinin əlindən xilas etmək üçün eyvana çıxan polis yıxılaraq həlak oldu - VİDEO

15:40 - 15 Oktyabr 2022

Qadını ərinin əlindən xilas etmək üçün eyvana çıxan polis yıxılaraq həlak oldu - VİDEO

Türkiyənin Bursa şəhərində yaşayan Gökhan N. evinə getməmək barədə qətimkan tədbiri olan həyat yoldaşının evinə gedərək qapını bağlayıb və qadını eyvandan atmaq istəyib.



Manset.az xarici mediaya istinadən xəbər verir ki,qonşuların xəbər verməsindən sonra hadisə yerinə gələn polis qruplarından Sami Altıntaş qadını xilas etmək üçün dırmaşdığı üçüncü mərtəbədəki mənzilin eyvanından yerə yıxılıb.

Ağır yaralanan Altıntaş aparıldığı xəstəxanada həlak olarkən, balkondan yıxılma anı təhlükəsizlik kamerasına əks olunub.

Polis məmurunun yıxıldığını görən yoldaşları köməyə qaçıb, əraziyə təcili yardım və gücləndirici briqada çağırılıb. Bu vaxt qarışıqlıqdan istifadə edən Gökhan N. hadisə yerindən qaçıb. 

Evli və 2 uşaq atası olan Sami Altıntaş edilən bütün müdaxilələrə baxmayaraq həlak olub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az