İran və Qazaxıstan arasında yeni neft sazişi əldə olundu

16:45 - 15 Oktyabr 2022

İran və Qazaxıstan arasında yeni neft sazişi əldə olundu

İran və Qazaxıstan arasında yeni neft sazişi əldə olunub.

 

Manset.az-ın APA-ya istinadən məlumatına görə, İran prezidenti İbrahim Rəisinin Qazaxıstana son səfəri zamanı, bu ölkənin İran ərazisindən neft mübadiləsinin canlanması ilə bağlı hər iki tərəf razılığa gəlib.

İ.Rəisi Qazaxıstan rəsmiləri ilə görüşdə vurğulanan iqtisadi və ticarət əlaqələrinin inkişafı ilə bağlı açıqlamasında, iki ölkə arasında ticarət mübadiləsi həcminin 3 milyard dollara çatdırılmasının qərara alındığını bildirib.

​​Bundan başqa, İ.Rəisi bu səfər zamanı İran və Qazaxıstan arasında neft mübadiləsinin bərpasını elan edib: "Bu proses təxminən 10 il əvvəl başlasa da, yaranan problemlərə görə, mübadilə dayanmışdı. Bu səfərdə biz mübadilə həyata keçirilməsinə razılaşdıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az