Türkiyə dövləti Bartində həlak olanların ailələrinə maddi dəstək göstərəcək

16:53 - 15 Oktyabr 2022

Türkiyə dövləti Bartində həlak olanların ailələrinə maddi dəstək göstərəcək

Türkiyə dövləti Bartində mədən partlayışında həlak olanların ailələrinə maddi dəstək göstərəcək.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkə başçısı Rəcəb Tayyib Ərdoğan Bartində jurnalistlərə açıqlamasında deyib.

O, bu məqsədlə ümümilikdə 1 milyon 150 min türk lirəsi (105 min manat) həcmində vəsaitin ayrılacağını qeyd edib. Ərdoğan Nazirlər Kabinetinin iclasında isə ailələrə göstəriləcək dəstəyə dair növbəti addımların müzakirə olunacağını diqqətə çatdırıb.

Bundan əlavə, dövlət başçısı mədəndə baş verən partlayış nəticəsində həlak olanların sayının 41-ə çatdığını da bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az