Finlandiya MN nüvə silahının tətbiqi ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

17:09 - 15 Oktyabr 2022

Finlandiya MN nüvə silahının tətbiqi ilə bağlı Rusiyaya xəbərdarlıq etdi

Finlandiya nüvə müharibəsi ilə bağlı Rusiyaya xəbərdarlıq edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Antti Kaykkönen deyib.

O, Rusiyanın nüvə silahından istifadə ehtimalının çox olduğunu bildirib: “Rusiya bu addımı atsa, bu, ölkənin son səhvi olacaq”.

Nazirin sözlərinə görə, həm NATO-nun, həm də Avropa İttifaqının bu addıma reaksiyası sərt olacaq.

Kaykkönenin fikrincə, Qərbin həmrəy olmasına ehtiyac var: “Ukraynaya hər cür kömək göstərilməlidir".

Xatırladaq ki, daha əvvəl Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kreml özünü müdafiə üçün bütün silahlardan, o cümlədən nüvə silahından istifadə edə biləcəyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az