“Mədəndə ölənlərin sayı 41-ə çatdı” - Ərdoğan

18:07 - 15 Oktyabr 2022

“Mədəndə ölənlərin sayı 41-ə çatdı” - Ərdoğan

Bartindəki mədəndəki partlayışda həlak olanların sayı 41-ə çatıb”.

 

Manset.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bartində çıxışında deyib.

O bildirib ki, partlayışın necə baş verməsi ilə bağlı istintaq tədbirləri başlayıb:

“Bu hadisədə məsuliyyət daşıyan şəxslər varsa, onlar əlbəttə ki, tapılacaq".

Axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirən Ərdoğan, daha sonra həlak olanların ailələrinə başsağlığı vermək üçün həm yaralı işçilər, həm də həyatını itirən işçilərin ailələri ilə görüşüb.

 




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az