Aİ Prokurorluğu bu məsələ ilə bağlı araşdırmaya BAŞLADI

21:47 - 15 Oktyabr 2022

Aİ Prokurorluğu bu məsələ ilə bağlı araşdırmaya BAŞLADI

Avropa Prokurorluğu Avropa İttifaqı tərəfindən koronavirusa qarşı vaksinlərin alınması ilə bağlı araşdırmaya başlayıb.

 

Manset.az bildirir ki, Avropa Prokurorluğu maliyyə cinayətlərinin araşdırılması və məhkəmə təqibinə cavabdeh olan müstəqil Aİ orqanıdır. Bu cinayətlərə fırıldaqçılıq, çirkli pulların yuyulması və korrupsiya da daxildir.

Prokurorluqdan istintaqın kimə qarşı açıldığı və ya Aİ-nin vaksinlə bağlı hansı müqavilələrinin diqqətdə saxlanıldığı barədə açıqlama verilməyib.

“Avropa Baş Prokurorluğu təsdiq edir ki, Avropa İttifaqında COVID-19-a qarşı vaksinlərin alınması ilə bağlı araşdırma aparır. Bu mərhələdə başqa heç bir təfərrüat açıqlanmayacaq”, - deyə prokurorluğun bəyanatında bildirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az