Bayden Tehran həbsxanasındakı yanğına münasibət bildirdi

09:12 - 16 Oktyabr 2022

Bayden Tehran həbsxanasındakı yanğına münasibət bildirdi

ABŞ Prezidenti Cozef Bayden İranın paytaxtı Tehranın “Evin” həbsxanasının ərazisində baş verən yanğını şərh edərkən rəsmi Tehranı “repressiv” adlandırıb.

Manset.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.

“İran hökuməti o qədər repressivdir ki, küçələrdə yürüş edən insanlara qarşı böyük sayğıdan başqa heç nə duya bilməzsiniz. Məni həmçinin küçələrə axışaraq yaylığını çıxaran qadınlar heyrətə gətirib. Demək istəyirəm ki, bu, həqiqətən də, inanılmazdır”.

Eyni zamanda, dövlət başçısı İran hökumətini “pis qruplaşma” adlandırıb.

Daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays öz tviter səhifəsində departamentin həbsxanadakı vəziyyətlə bağlı xəbərləri diqqətlə izlədiyini, eyni zamanda orada saxlanılan ABŞ vətəndaşlarının təhlükəsizliyinə İranı cavabdeh hesab etdiyini bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az