Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bartın şəhərində baş verən partlayışdan sonra başsağlığı verən dövlət rəhbərləri ilə bağlı paylaşım edib.
Manset.az xəbər verir ki, Türkiyə prezidenti bu barədə tviter hesabında yazıb.
“Bartında yaşadığımız acıları paylaşan bütün dost dövlətlərə, onların xalqlarına və beynəlxalq təşkilatlara səmimi həmrəyliklərinə görə, Türk Milləti adından təşəkkür edirəm”, - deyə R.T.Ərdoğan bildirib.
Prezident Ərdoğan paylaşımında başsağlığı verən ölkələrin bayraqlarına yer verib.
Taziye dilekleri ve geçmiş olsun mesajlarıyla Bartın’da yaşadığımız acıyı paylaşan tüm dost devletlere ve halklarına gösterdikleri samimi dayanışma için Türk Milleti adına şükranlarımı ifade ediyorum. pic.twitter.com/7IIFXUmAop
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 15, 2022