İsveç Baş naziri Ulf Kristersson ölkəsinin Türkiyə ilə dostluq əlaqələrini gücləndirmək istədiyini deyib.
Manset.az xəbər verir ki, bu barədə Ankarada olan İsveç Baş naziri Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşdə deyib.
"Bildirmək istəyirəm ki, İsveç Parlamenti artıq parlamentdə Türkiyə ilə dostluq qrupunun yaradılması üzərində işə başlayıb", o deyib.