"Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik" - NATO baş katibi

22:29 - 08 Noyabr 2022

\"Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik\" - NATO baş katibi

"Rusiyanın şərtləri ilə Ukraynada atəşkəsin əldə olunmasını istəmirik".

 

Manset.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şarm əl-Şeyxdə keçirilən iqlim konfransında bildirib.

Onun sözlərinə görə, belə bir ssenari Ukrayna üçün fəlakət olmaqla yanaşı, NATO üçün də təhlükə olacaq, çünki gücdən istifadənin qonşu ölkələr üzərində nəzarəti ələ keçirmək kimi siyasi məqsədlərə nail olmağa imkan verdiyini göstərəcək.

Stoltenberq əlavə edib ki, Rusiya təkcə Ukraynaya deyil, həm də NATO-ya qarşı ambisiya nümayiş etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az