İtaliya hökuməti Ukraynaya yeni hərbi yardım paketi hazırlayır.
Manset.az xəbər verir ki, yeni yardım paketinə havadan müdafiə sistemləri də daxildir.
İtaliya hakimiyyət koalisiyasının təmsilçisinin sözlərinə görə, Roma Ukraynaya SAMP/T və Aspide orta mənzilli zenit-raket kompleksi, həmçinin Stinger daşınan bilən raketləri verməyə hazırdır.