İtaliyada arxeoloqlar Toskanada çox yaxşı qorunmuş 24 tunc heykəl aşkar ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, heykəllərin Roma dövrünə aid olduğu güman edilir. Kəşf San Casciano dei Bagni adlı dağ kəndində hamam kimi istifadə edilən binanın qalıqlarında edilib. 2300 il yaşı olduğu düşünülən heykəllərdə Hygiei və Apollon kimi mifoloji tanrılar təsvir edilib. Kəşf edildiyi hamam xarabalığında heykəllərdən əlavə 6000-ə yaxın tunc, gümüş və qızıl sikkə tapılıb. İtaliya Mədəniyyət Nazirliyi, kəşf zamanı Toskananın böyük dəyişikliyə məruz qaldığını açıqladı. Bu dövrdə etrusk idarəsindən Roma idarəsinə keçidin həyata keçirildiyi qeyd edilmişdir. Ərazidə qazıntı işlərinə Siena bölgəsindəki Xaricilər Universitetindən Jacopo Tabolli rəhbərlik edirdi. Heykəllərin ritual olaraq termal suda qaldığını söyləyən Tabolli, "Suda bir şey qoyursan, çünki bunun müqabilində sənə bir şey verəcəyini ümid edirsən" deyib. Qazılmış heykəllər bərpa olunmaq üçün yaxınlıqdakı laboratoriyaya aparılacaq. İtaliya Dövlət Muzeyinin direktoru Massimo Osanna bildirib ki, bu, Riace Bronzes-dan sonra ən mühüm tapıntıdır.