İsveçin ən böyük AES reaktoru söndürüldü

23:05 - 09 Noyabr 2022

İsveçin ən böyük AES reaktoru söndürüldü

Noyabrın 9-da turbinin fəaliyyyətindəki problemlər səbəbindən İsveçdəki ən böyük atom elektrik stansiyasının reaktorunun işi dayandırılıb.

 

Manset.az xəbər verir ki, “Oskarshamn AES-in 3 saylı reaktoru turbin dayanması səbəbindən elektrik şəbəkəsindən ayrılıb. Nasazlıqların aradan qaldırılması davam edir”, - AES sözçüsü Dezire Lilyeval bildirib.

Məlumata görə, 2022-ci ildə AES-də müxtəlif səbəblərdən artıq bir neçə dəfə nasazlıqlar qeydə alınıb. Hazırda stansiyanın işini nə zaman bərpa edəcəyi məlum deyil.

Xatırladaq ki, İsveçdə altı aktiv reaktoru olan üç atom elektrik stansiyası var. Oskarshamnın üçüncü reaktoru onlardan ən böyüyüdür. Onun gücü 1400 meqavatdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az