Dekabrın 1-dən qazın qiyməti KƏSKİN BAHALAŞA BİLƏR - RƏSMƏN TƏKLİF OLUNDU

00:00 - 09 Noyabr 2022

Dekabrın 1-dən qazın qiyməti KƏSKİN BAHALAŞA BİLƏR - RƏSMƏN TƏKLİF OLUNDU

Rusiya Federasiyasının Federal Antiinhisar Xidməti 2022-ci il dekabrın 1-dən bütün istehlakçılar (həm sənaye, həm də əhali üçün) üçün topdansatış qaz qiymətlərini 8,5% indeksləşdirməyi təklif edib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, tariflərdə dəyişiklik Rusiya Federasiyasının sosial-iqtisadi inkişafının proqnozu ilə nəzərdə tutulub və bundan sonra tariflər 1,5 il ərzində - 2024-cü il iyulun 1-dək dəyişməyəcək.

Qeyd olunub ki, indeksasiya qaza tələbatın azalmasına gətirib çıxarmayacaq, qazlaşdırma proqramının həyata keçirilməsi nəzərə alınmaqla məişət istehlakçıları üçün tədarükün həcmi artacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az