Ermənistan Hindistandan 155 mm-lik haubitsalar alacaq

13:41 - 10 Noyabr 2022

Ermənistan Hindistandan 155 mm-lik haubitsalar alacaq

Ermənistan Hindistandan 155 millimetrlik “ATAGS” adlı yerli istehsal olan haubitsalar alacaq. 

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “Business Standart” yayıb. 

Məlumata görə, sifarişi Hindistanın “Kalyani Strategic Systems Ltd” şirkəti alıb. 

Müqavilənin dəyərinin 150 milyon dollar təşkil etdiyi bildirilir. Sözügedən artilleriya qurğuları 3 il ərzində Ermənistana göndəriləcək. 

Qeyd edək ki, bu, Ermənistan və Hindistan arasında silah-sursat alışı ilə bağlı ilk müqavilə deyil. Belə ki, bundan əvvəl Ermənistanın Hindistanın “Solar Group” şirkəti ilə “Pinaka” adlı reaktiv yaylım atəşi sistemlərinin alışı ilə bağlı müqavilə bağlaması məlum olub. Ermənistan bununla da Hindistandan “Pinaka” sistemlərini alan ilk ölkə olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az