ABŞ-da bir qadın 35 həftəlik hamilə olan rəfiqəsini vəhşicəsinə öldürərək bətnindəki körpəni oğurlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, 2020-ci ildə baş verən dəhşətlə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Cinayətin necə törədildiyi ilə bağlı araşdırmalarını davam etdirən Texas İctimai Təhlükəsizlik Departamenti dəhşətli məlumat əldə edib.
Prokuror, qatilin qətli çoxdan planlaşdırdığına dair sübutların olduğunu açıqlayıb. O, rəfiqəsinin körpəsini oğurlamaq üçün aylarla hamilə olduğunu iddia edib. Saxta hamiləliyin real görünməsi üçün o, YouTube-da körpənin doğulması və qayğısına dair çoxsaylı videolara baxıb.
Prokurorlar qatil qadının əvvəlki əməliyyata görə uşaq sahibi ola bilmədiyini bildiriblər. O da sevgilisini itirməkdən qorxduğu üçün özünü hamilə kimi göstərib.
Rəfiqəsinin körpəsini oğurlamağı aylardır planlaşdıran qadın bildirilib ki, o, hamilə rəfiqəsinə 100-dən çox bıçaq zərbəsi vurub və onun başını çəkiclə əzib. Sonra neştərlə qarnını kəsib körpənin göbək bağını və plasentasını götürüb özü doğmuş kimi göstərmək istəyib. Lakin körpənin ölüb.