ABŞ Yaponiya ilə genişmiqyaslı hərbi təlimlərə BAŞLADI

17:03 - 10 Noyabr 2022

ABŞ Yaponiya ilə genişmiqyaslı hərbi təlimlərə BAŞLADI

ABŞ və Yaponiya ucqar Tokunosima adalarını müdafiə etmək üçün birgə “Kəskin qılınc” hərbi təliminə başlayıblar.

“Biz hər hansı bir sahədə birgə fəaliyyət qabiliyyətimizi artırmaqla yanaşı, tərəfdaşlığımızı və dostluğumuzu da gücləndirəcəyik. Biz təkcə hərbi tərəfdaş deyilik, həm də dost və qonşuyuq”, - deyə ABŞ komandanlığından bildirilib.

Manset.az xəbər verir ki, təlimlərdə ada dövlətindən 26 minə yaxın şəxsi heyət və 20 gəminin, ABŞ-dən isə 10 minə yaxın hərbçi və 10 gəminin iştirak etdiyi bildirilir. Noyabrın 19-dək davam edəcək təlimlərə ballistik raketlərə cavab tədbirləri daxildir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az