Aeroporta eniş edən təyyarəyə güllə atıldı

23:55 - 10 Noyabr 2022

Aeroporta eniş edən təyyarəyə güllə atıldı

“Middle East Airlines” kompaniyasına məxsus təyyarə Livanın paytaxtı Beyrut hava limanına eniş edən zaman göyərtəsinə güllə dəyib.

 

Manset.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi Məhəmməd əl-Xut məlumat verib.

O, təyyarənin İordaniyadan gəldiyini bildirib.

Belə ki, naməlum şəxslərin atdığı güllə hava limanına yaxınlaşan təyyarənin gövdəsinə dəyib. Təyyarənin göyərtəsində olan sərnişinlərdən heç biri xəsarət almayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az