Xersonda Rusiya qoşunlarının çıxarıldığı Antonov körpüsü partladıldı - VİDEO

11:30 - 11 Noyabr 2022

Xersonda Rusiya qoşunlarının çıxarıldığı Antonov körpüsü partladıldı - VİDEO

Xersonda Antonov körpüsü partladılıb.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Povernutıy na Z-voyne” “Telegram” kanalı məlumat yayıb.

“Antonov körpüsü partladıldı. Bu partlayış qruplaşmanın çıxarılmasının sona çatması siqnalı idi. Ukrayna Silahlı Qüvvələrinin keçiddə cəhənnəm yaratmaq üçün bütün cəhdləri uğursuz oldu”, - deyə “Telegram” kanalında bildirilir.

Bundan əlavə, “Operasiya Z: Voenkorı russkoy voynı” kanalının hərbi müxbirləri Kaxovskaya su elektrik stansiyası ərazisində partlayışlar barədə məlumat veriblər. Ehtimal olunur ki, Kaxovskaya su elektrik stansiyasına gedən körpü dağıdılıb.

Bundan əlavə, hərbi müxbirlər Rusiya ordusunun öz qüvvələrini Dnepr çayının sağ sahilindən geri çəkdiyi ilə bağlı da məlumat veriblər. Bununla bağlı müvafiq sorğu Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidmətinə göndərilib. Cavab gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az