Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

14:04 - 11 Noyabr 2022

Rusiyanın Ukraynadakı müharibədə SON itkiləri

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 79 400 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 814 tank, 5 696 zirehli maşın, 1 817 artilleriya sistemi, 393 reaktiv yaylım atəşi sistemi, 205 hava hücumundan müdafiə sistemi, 278 təyyarə, 261 helikopter, 1 505 PUA, 399 qanadlı raket, 16 gəmi/qayıq, 4 259 avtomobil texnikası və avtosistern, 159 xüsusi texnikadan ibarətdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az