Britaniya və Fransa İranı QINADI

20:46 - 11 Noyabr 2022

Britaniya və Fransa İranı QINADI

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə qınayıblar.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin iki nazirin görüşünün yekunları üzrə yaydığı ikitərəfli bəyanatda deyilir.

“Nazirlər İranda qanuni dinc etirazların qəddarlıqla basdırılmasını pisləyiblər”, - kommünikedə deyilir.

Bununla yanaşı, iki ölkənin baş diplomatları Rusiyanın Ukraynada apardığı müharibədə Tehranın pilotsuz uçan aparatlarından istifadəsini pisləyiblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az