Jurnalistləri təhdid edən İranın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

22:56 - 11 Noyabr 2022

Jurnalistləri təhdid edən İranın müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırıldı

İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili Britaniya XİN-ə çağırılıb.

 

Manset.az xəbər verir ki, buna səbəb diplomatın krallıqda çalışan iranlı jurnalistləri təhdid etməsi olub.

Qeyd olunur ki, diplomat İrandakı aksiyaları gündəmdə saxlayan jurnalistləri hədəfə alıb.

Məlumatı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli də təsdiq edib.

“Mənli İranı təmsil edən nümayəndəyə açıq şəkildə bildirdim ki, biz jurnalistlərə və ya Böyük Britaniyada yaşayan hər hansı insanlara qarşı ölüm təhdidlərinə və ya hədə-qorxulara dözməyəcəyik”, - deyə Ceyms Kleverli vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az