Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı

14:19 - 12 Noyabr 2022

Türkiyə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başladı

Türkiyə ordusu ölkənin Ağrı və İğdır bölgələrində PKK terror təşkilatına qarşı genişmiqyaslı əməliyyata başlayıb.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi açıqlayıb. 

“Eren Abluka Sonbahar-Kış-12 Şehit Jandarma Uzman Çavuş Dursun Pampal Operasyonu” adı verilən əməliyyata 1017 nəfər şəxsi heyət və 58 əməliyyat qrupu cəlb olunub. 

Məlumata görə, əməliyyatın məqsədi PKK terror təşkilatını ölkə gündəmindən çıxarmaq və bölgədə olan terrorçuları zərərsizləşdirməkdir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az