Fransa 2 vətəndaşının İranda saxlanılma ehtimalını ARAŞDIRIR

22:20 - 12 Noyabr 2022

Fransa 2 vətəndaşının İranda saxlanılma ehtimalını ARAŞDIRIR

Fransanın Xarici işlər naziri Katrin Kolonna ölkəsinin daha iki vətəndaşının İranda saxlanılma ehtimalı olduğunu bildirib.

 

Manset.az xəbər verir ki, diplomat rəsmi Parisin məsələni araşdırdığını bildirib.

"Biz digər iki vətəndaşımız üçün narahatıq. Bununla bağlı ziddiyyətli məlumatları yoxlamağa çalışırıq" – deyə nazir qeyd edib.

Xatırladaq ki, cümə günü “Le Figaro” qəzeti 2 Fransa vətəndaşının İrandakı son iğtişaşlardan əvvəl həbs olunduğunu iddia edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az