Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbəri Ramzan Kadırovu axtarışa verib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qurumun məlumat bazasında dərc edilən xəbərlərə görə, Ramzan Kadırov iki maddə ilə, o cümlədən “aqressiv müharibə və ya təcavüzkar hərbi hərəkətlər”lə ittiham olunur.
Bu maddələrə əsasən, Ukrayna Cinayət Məcəlləsi 10 ildən 15 ilədək həbs cəzasını nəzərdə tutur.
Xatırladaq ki, daha əvvəl Ukrayna xüsusi xidmət orqanları Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevi, FSB-nin direktoru Aleksandr Bortnikovu, spikerləri də axtarışa vermişdilər.