ABŞ İran televiziya və radio şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Manset.az Bakupost.az-a istinadla xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin sanksiyaları İRİB Televiziya və Radio Yayımları Korporasiyasının 6 yüksək vəzifəli əməkdaşına şamil edilib. Sanksiyalar İRİB-in İrandakı etirazları işıqlandırarkən senzuraya yol verməsidir.
Bildirilir ki, telekanal bu yaxınlarda etirazlar zamanı qohumlarının İran hakimiyyəti tərəfindən öldürülmədiyini, təsadüfən öldüyünü etiraf etmək məcburiyyətində qalan insanlarla müsahibələr yayımlayıb.
Qeyd olunur ki, ABŞ-ın sanksiya siyahısına daxil edilmiş şəxslərin bu ölkədə yerləşən bütün əmlak və aktivləri dondurulacaq.