Meksikanın Aquaskalientes əyalətində regional polisə məxsus helikopter qəzaya uğrayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qubernator Mariya Ximenez ictimaiyyətə açıqlamasında bildirib.
Onun sözlərinə görə, helikopterdə 5 nəfər olub və onların hamısı ölüb.
Qəzanın mümkün səbəbləri barədə məlumat hələlik açıqlanmayıb. Dövlət Prokurorluğu və Federal Aviasiya Administrasiyası faciənin səbəblərini araşdıracağını qeyd edib.