Şimali Koreya qısa mənzilli ballistik raket atıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, ölkə Yapon dənizi istiqamətinə raket fırladıb.
Raket sınağı Şimali Koreyanın xarici işlər naziri Ço Son Huinin regionda müdafiə sahəsində əməkdaşlığı gücləndirmək üçün ABŞ-Cənubi Koreya-Yaponiya ittifaqını hədəf alan bəyanatından dərhal sonra həyata keçirilib.
Qeyd edək ki, Şimali Koreya ötən aydan ardıcıl raket sınaqları ilə Koreya yarımadasında narahatlıq yaradır.