Moskva-İstanbul təyyarəsində bomba təhlükəsi- ARAŞDIRMA

16:34 - 18 Noyabr 2022

Moskva-İstanbul təyyarəsində bomba təhlükəsi- ARAŞDIRMA

Moskva-İstanbul ekspedisiyasını həyata keçirən təyyarədəki bomba təhlükəsinin əsassız olduğu üzə çıxıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, Moskva-İstanbul reysini həyata keçirən Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus təyyarəyə bomba təhlükəs olduğu bildirilsə də, təyyarə heç bir problem olmadan İstanbul hava limanına enərkən xəbərin əsassız olduğu üzə çıxıb.

Aeroflotun SU-2130 reys nömrəli Boeing 737-800 tipli təyyarəsi İstanbula uçuş etmək üçün yerli vaxtla saat 08:59-da Moskva Şeremetyevo hava limanından havaya qalxıb. Havaya qalxdıqdan az sonra təyyarəyə bomba hədəsi gəldi.

Təyyarənin pilotu İstanbul Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq vəziyyəti xəbər verib. Heç bir problem olmadan saat 14.00-da İstanbul hava limanına enən təyyarə təhlükəsiz parklanma yerinə aparılıb.

Polis qrupları təyyarədə axtarış aparıb. Axtarışlar nəticəsində xəbərin əsassız olduğu müəyyən edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az