“Qazaxıstan indiki şəraitdə çoxvektorlu siyasət aparmalıdır” - Tokayev

10:33 - 20 Noyabr 2022

“Qazaxıstan indiki şəraitdə çoxvektorlu siyasət aparmalıdır” - Tokayev

“Qazaxıstan geosiyasi mövqeyini nəzərə alaraq çoxvektorlu siyasət aparmalıdır”.

Manset.az  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında prezident seçkilərində səsvermədən sonra hazırkı prezident Kasım-Jomart Tokayev deyib.

“Hesab edirəm ki, geosiyasi mövqeyi, iqtisadiyyatımıza 500 milyard dollardan çox vəsaitin cəlb olunduğunu və qlobal şirkətlərin bizim bazarda fəaliyyət göstərdiyini nəzərə alaraq, biz sadəcə olaraq çoxvektorlu xarici siyasət aparmağa borcluyuq” - deyə, o bildirib.

Hazırkı dövlət başçısının seçki platformasında əsas məqsəd ədalətli Qazaxıstan qurmaqdır.

Həmçinin milli maraqların qorunmasına, bütün maraqlı dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinə, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş xarici siyasət kursunun davam etdiriləcəyi qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az