Qazaxıstanda prezident seçkiləri keçirilir

11:42 - 20 Noyabr 2022

Qazaxıstanda prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, prezidentlik uğrunda hazırkı prezident Kasım-Jomart Tokayev də daxil olmaqla altı namizəd mübarizə aparır.

Səsvermə saat 07:00-dan 20:00-dək keçirilir, bəzi hallarda yerli seçki komissiyaları seçki məntəqələrinin iş vaxtını uzada biləcəyi bildirilib.

Qazaxıstan MSK-nın məlumatına görə, ən yüksək seçici fəallığı Çimkənddə qeydə alınıb - 30,92%, Astanada bu göstərici 13,73%, Alma-Atada 8,42% təşkil edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az