Aydının Kuşadası rayonunda Gül Üliana Y. birlikdə yaşadığı sevgilisi Oğuzhan Çavuşu ürəyindən bıçaqlayaraq qətlə yetirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə gecə saatlarında evdə baş verib. Süleyman Dəmirəl Bulvarındakı məkanlardan birində əylənən su paylayıcı şirkətin üzvü Oğuzhan Çavuş və sevgilisi Gül Üliana Y. gecə saat radələrində birlikdə yaşadıqları evə qayıdıblar.
Çavuş Gül Üliana Ü.-nin anası ilə telefonda rus dilində danışmasına əsəbiləşincə mübahisə düşüb. Mübahisə davaya çevrildikdən sonra Gül Üliana Y. əlindəki bıçaqla Oğuzhan Çavuşun ürəyindən bıçaqlayıb.
Çavuş qanlar içində yerə yıxılarkən, səsləri eşidən qonşularının xəbəri üzərinə sağlamlıq və polis qrupu ünvana göndərilib. Sağlamlıq qrupları tərəfindən edilən nəzarətdə, Çavuşun vəfat etdiyi təyin olunub.
Oğuzhan Çavuşun cansız bədəni prokuror və polisin hadisə yerində müayinəsindən sonra Kuşadası Dövlət Xəstəxanasının morquna aparılıb. Hadisədən sonra atası türk, anası rus olan Gül Üliana Y. saxlanılıb.
Digər tərəfdən, hadisənin baş verdiyi evin dəhlizində Gül Üliana Y.-yə aid olduğu güman edilən qanlı ayaq izləri aşkarlanıb. Hadisə ilə bağlı araşdırmalar davam edir.



