Ermənistanın Tavuş vilayətinin Dilican milli parkında yanğın başlayıb.
Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Park ərazisində 10 hektarlıq yaşıllıq sahəsi yanmaqdadır. Ərazidə xilasedicilər çalışır.
Qeyd edilir ki, 2002-ci ildə yaradılan milli parkın ərazisi 24 min hektardan çoxdur.