YPG/PKK terror təşkilatı Türkiyənin daha bir ərazisinə raket hücumu edib.
Manset.az xəbər verir ki, növbəti hədəf Qaziantep şəhərinin Karkamış rayonu olub.
Sözügedən əraziyə 4 raket atılıb, lakin mərmilər boş əraziyə düşüb.
Hazırda raketin düşdüyü ərazidə incələmə işləri aparılır.
18:53
Türkiyənin Kilis şəhərindəki Öncüpınar sərhəd-keçid məntəqəsi bölgəsinə (Suriya) raket hücumu edilib.
Bu barədə Manset.az Report-a istinadən xəbər verir.
İlkin məlumata görə, 1 hərbçi, 2 özəl hərəkat polisi yaralanıb.