Suriyadan Türkiyəyə daha 5 raket atıldı - Ölən və yaralananlar var

13:41 - 21 Noyabr 2022

Suriyadan Türkiyəyə daha 5 raket atıldı - Ölən və yaralananlar var

PKK/YPG terror qruplaşması Suriyanın şimalından Türkiyənin Qaziantep şəhərinin Karkamış vilayətinə 5 raket atıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb. Ümumilikdə 6 nəfər yaralanıb, 2-sinin vəziyyəti ağırdır. Əraziyə təcili tibbi yardım avtomobilləri və xilasedicilər cəlb olunub.

Qeyd edək ki, ötən gün də Suriya ərazisindən Türkiyənin Kilis əyalətinə raket zərbələri endirilmiş, nəticədə 7 polis əməkdaşı yaralanmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az