Dünyanın ən böyük ada ölkəsi olan İndoneziyanın Qərbi Yava əyalətində 5,6 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, zəlzələ nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Cəmi bir neçə saniyə davam edən zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb və zəlzələ 10 kilometr dərinlikdə qeydə alınıb.