İsrail Rusiyaya nota verdi

15:22 - 21 Noyabr 2022

İsrail Rusiyaya nota verdi

İsrail İranla hərbi əməkdaşlıq etdiyinə görə Rusiyaya etiraz notası verib.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilib ki, İsrail Xarici İşlər Nazirliyi İran və Rusiya arasında hərbi əməkdaşlığa etiraz edib və İsrailin Moskvadakı səfiri bununla bağlı müvafiq notanı Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanova təqdim edib.

Eyni zamanda, İsrail Milli Təhlükəsizlik Qərargahının rəhbəri Eyal Hulata Rusiyaya xəbərdarlıq edib: “İran Rusiyadan ballistik raketlər alarsa, Ukraynaya dəqiq idarə olunan raketlər çatdıracağıq”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az