Ərdoğan Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Pəncəli Qılınc" əməliyyatı ilə bağlı fikir bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Türkiyə Cümhuriyyətinin terrora qarşı mövqeyinin bəlli olduğunu ifadə edən prezident Ərdoğan, “Pəncəli Qılınc” əməliyyatının təkcə hava əməliyyatları ilə məhdudlaşmayacağını bildirib:
“2019-cu ildə Soçidə ruslarla da müqaviləmiz var. Onların üzərinə ərazidəki terrorçuları təmizləmək öhdəliyi vardı. Təəssüf ki, onlara dəfələrlə xatırlatsaq da, bunu etməyiblər, edə bilmirlər. Onlara səssiz qalmayacağımızı, oradakı terrorçulara özləri heç nə edə bilməyəcəyi təqdirdə onlara qarşı addım atacağımızı söylədik. Bu çərçivədə dünən Kobanidə yuva quran terrorçulara qarşı 12 hədəfi vuraraq zərərsizləşdirdik. Burada heç bir təhdid yoxdur. Bu əməliyyatda davamlılıq var. Biz qurudan və havadan nə lazımdırsa, onu etdik. Bundan sonra da edəcəyik”.