ABŞ-ın aparıcı qəzetlərindən biri olan New York Times Makyivkada Ukrayna qüvvələrinə təslim olan rus əsgərlərinin öldürüldüyü videoları təsdiqləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ötən həftə sosial mediada yayılmağa başlayan və qəzəb doğuran videoların müxtəlif peyk görüntüləri ilə müqayisə edilərək təsdiqləndiyi bildirilib.
Videoda rus əsgərlərinin Ukrayna qüvvələrinin mühasirəsində olan binadan əl qaldıraraq çıxdıqları görünür. 10-a yaxın əsgər növbə ilə yerdə uzanıb hərəkətsiz dayanır.
Lakin binadan çıxan 11-ci əsgər çöldə gözləyən Ukrayna əsgərlərinə atəş açır. Bu zaman video kəsilir.
Dron ilə lentə alınan videoda təslim olan rus əsgərlərinin qan içində yerdə hərəkətsiz yatdıqları görünür.
Birləşmiş Millətlər Təşkilatı görüntülərin araşdırılmasını tələb edib.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Marta Hurtado Böyük Britaniyada yerləşən Reuters xəbər agentliyinə deyib: “Biz videolardakı görüntülərdən xəbərdarıq və araşdırırıq”.