Əl-Qaidə Qətərdə keçirilən Dünya Çempionatı ilə bağlı təhdidlər edib və tərəfdarlarını matçlara baxmağa gedənləri “daşqalaq etməyə” çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, terror təşkilatı dünya çempionatının “müsəlmanların dəyərlərini məhv etmək” olduğunu iddia edərək, tərəfdarlarını dünya çempionatına qarşı “cihada” çağırıb.
Qətərdə keçirilən Dünya Kuboku hadisələrini işğal kimi qələmə verən təşkilat, açıqlamasında “Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doldu. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər” - bildirib.