NASA, insanları bir dəfə daha Aya aparmağı planlaşdırdığı Artemida missiyasında mühüm bir hədəfin qoyulduğunu açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, kosmik agentlik insanların 2020-ci illərdə təkcə Aya getmələrini, həm də orada yaşamalarını istəyir.
Artemida missiyasının ilk addımı noyabrın 16-da Orion kosmik gəmisini daşıyan raketin buraxılması ilə atılıb.
Orion şirkətinin rəhbəri Hovard Hu ilk addımın uğurlu olacağı təqdirdə Aya astronavt göndərəcəklərini, 2030-cu ilə qədər Ayda yaşamağı planlaşdırdıqlarını ifadə edib:
“Onlar ayın səthində yaşayacaq və elmi araşdırmalar aparacaqlar".