Pakistanda səlahiyyət müddəti noyabrın 29-da başa çatacaq Quru Qoşunları komandanı Kamar Cavid Bajvanın yerinə yeni ad təyin olunacaq.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quru Qoşunlarının yeni komandanı Konstitusiyaya uyğun olaraq Baş nazir Şahbaz Şərifin təqdimatı ilə prezident Arif Alvinin təsdiqi ilə təyin ediləcək.
Müdafiə naziri Xavaca Məhəmməd Asif bəyan edib ki, hökumət, koalisiya tərəfdaşları və hərbçilər arasında danışıqlar prosesi başa çatıb və bu gün təyinat prosesinə başlanılacaq.
Quru Qoşunlarının komandanı Bacva noyabrın 29-da təqaüdə çıxacaq. Ordu başçısının kim olacağı Bacvanın təqaüdə çıxmasına 2 gün qalmış müəyyənləşəcək.