İran dövlət televiziyası futbolçuların himni oxumamasını efirə vermədi

21:18 - 21 Noyabr 2022

İran dövlət televiziyası futbolçuların himni oxumamasını efirə vermədi

İran dövlət televiziyası Qətərdə keçirilən dünya çempionatında İngiltərə yığmasına qarşı keçirilmiş B qrupunun ilk tur oyununun startı öncəsi yayımı dayandırıb.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, buna milli komandanın üzvlərinin dövlət himnini oxumaqdan imtina etməsi səbəb olub.

İranlı oyunçular Məhsa Əmini adlı qadının düzgün taxılmamış hicaba görə əxlaq polisi tərəfindən qətlə yetirilməsindən sonra ölkədə baş verən etirazların qurbanlarına dəstək olaraq bu addımı atıblar.

Bundan başqa, iranlı azarkeşlər himni fitə basıblar.

Qeyd edək ki, İngiltərə - İran oyunu Avropa təmsilçisinin 6:2 hesablı qələbəsi ilə başa çatıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az