Ümumdünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ

15:08 - 22 Noyabr 2022

Ümumdünya Səhiyyə Təşkilatından XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın Ukraynadakı enerji obyektlərinə dağıdıcı hücumları və yaxınlaşan qış ayları səbəbindən Ukraynada milyonlarla insanın həyatının risk altında olduğu barədə xəbərdarlıq edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ukraynanın paytaxtı Kiyevdə mətbuat konfransı keçirən ÜST-nin Avropa Regional direktoru Hans Kluq,  “Ukraynanın səhiyyə sistemi özünün ən qaranlıq günlərini yaşayır. Hücumlar səbəbindən yüzlərlə xəstəxana və səhiyyə müəssisəsi artıq tam fəaliyyət göstərmir. Obyektlərdə əsas ehtiyacları ödəmək üçün yanacaq, su və elektrik yoxdur” - deyib.

Ukraynadakı doğum evlərinin istilik sisteminə, qan banklarının soyuducuya, reanimasiya çarpayılarının isə respiratora ehtiyacı olduğunu qeyd edən Kluq, onların hamısına elektrik enerjisi lazım olduğunu bildirib.

O, Donetskdə Rusiyanın nəzarətində olan ərazilərdə təcili humanitar sağlamlıq dəhlizinin yaradılmasına çağırıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az