NATO bu ölkələrə ÇAĞIRIŞ ETDİ

15:39 - 22 Noyabr 2022

NATO bu ölkələrə ÇAĞIRIŞ ETDİ

NATO-nun baş katibi Yens Stoltenberq Kosovo və Serbiya liderlərini “gərginliyi artırmamağa” çağırıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Stoltenberq Kosovonun baş naziri Albin Kurti və Serbiya prezidenti Aleksandr Vuçiçlə telefonla danışıb. Sosial media hesabından danışıqlarla bağlı açıqlama verən Stoltenberq, “Hər ikisini gərginliyi artıra biləcək birtərəfli hərəkətlərdən çəkinməyə çağırdım. Dialoq yeganə irəliyə doğru yoldur”, - deyib.

O, NATO Kosovo Sülhməramlı Qüvvələrinin (KFOR) təhqiqat altında olduğunu qeyd edib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az